Prezidentin xarici səfərləri: Birinci yerdə Türkiyədir | İlin yekunları

   Prezidentin xarici səfərləri: Birinci yerdə Türkiyədir    | İlin yekunları
  20 Dekabr 2023    Oxunub:3079
2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 xarici səfərə gedib. Xarici səfərlərin ən sıx baş verdiyi ay arpeldir. Həmin ay dövlət başçısı 5 xarici ölkədə olub: Türkiyə, Bolqarıstan, Bosniya və Herseqovina, Qazaxıstan, Tacikistan.
İl ərzində Prezidentin ən çox səfər etdiyi ölkə qardaş Türkiyədir. İlham Əliyev 4 dəfə həmin ölkədə olub (fevral, mart, aprel, iyun aylarında).

Almaniya, Belçika, Qazaxıstan və BƏƏ-ni hər birində prezident il ərzində iki dəfə olub. Bu səfərlərin arasında beynəlxalq tədbirlərdə iştirak da var.

Səfərlərin aylar üzrə xronologiyası belədir:

Yanvar
• Macarıstan
• İsveçrə
• BƏƏ

Fevral
• Türkiyə
• Almaniya

Mart
• Türkiyə
• Almaniya

Aprel
• Türkiyə
• Bolqarıstan
• Bosniya və Herseqovina
• Qazaxıstan
• Tacikistan

May
• Litva
• Belçika

İyun
• Türkiyə
• Moldova

İyul
• Belcika

Avqust
• Macarıstan

Sentyabr
• Tacikistan

Oktyabr
• Qırğızıstan
• Gürcüstan

Noyabr
• Özbəkistan
• Qazaxıstan

Dekabr
• Serbiya
• BƏƏ

Tariyel Həsənov
AzVision.az


Teqlər: Prezident    





Xəbər lenti